AZ

Feysbuk koronavirusun müalicəsini vəd edən reklamları bloklayır

520c7b8860cebb6de00e40a63464c03e.jpg
26.02.2020 18:06

Feysbuk koronavirusun müalicəsini vəd edən reklamları blok etməyə başlayıb.

 

TED.az xəbər verir ki, sosial şəbəkə koronavirus üçün müalicə təklif edən reklamları platformadan kənarlaşdırıb.

 

"Koronavirusla bağlı reklamların qadağan olunması ilə əlaqədar siyasəti yürüdürük. Bənzər tələblər şəbəkədəki satış məntəqələrinə qarşı da tətbiq olunur", – deyə Feysbukun mətbuat katibi bildirib.

 

Qeyd edək ki, sosial şəbəkə bununla dezinformasiyaya qarşı təbliğatı aparmağa çalışır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox