AZ

DOST Agentliyində onlayn növbə sistemi tətbiq olunacaq? – Rəsmi

0e8ea2978d6dc51857f32ac62e912d64.jpg
26.02.2020 17:27

DOST Agentliyində onlayn növbə sisteminin tətbiqi müzakirə olunur.

 

Bu barədə TED.az-a agentliyin mətbuat katibi Şahin Əliyev məlumat verib. O bildirib ki, müvafiq mütəxəssislərin araşdırmasından sonra bununla bağlı qərar veriləcək:Hələ ki, onlayn növbə tətbiqi ilə bağlı son qərar verilməyib. Bu məsələ müzakirə mərhələsindədir. Bu müzakirələr xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Yalnız onlayn növbə deyil, digər məsələlər də analiz edilir, xidmətin işini təkmilləşdirmək lazım olan tətbiqlər müzakirə olunur”.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Prezidentin 2018-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin Nizamnaməsi və strukturu təsdiq edildikdən sonra 2019-cu ildə fəaliyyətə başlayıb.

 

Lamiyə SÜLEYMANLI

TED + bölməsindən digər xəbərlər

Daha çox