AZ

Uşaqlıq illəri əvəzinə milyonlar Valideynlər öz uşaqlarının sayəsində YouTube-da necə pul qazanırlar?

maxresdefault
26.02.2020 17:43

Firma rəhbərlərindən çox pul qazanan uşaqlar kimdir, necə yaşayırlar və onların valideynləri necə işləyirlər?

 

Anastasiya Radzinskaya Krasnodarda doğulub, lakin indi Floridada yaşayır. Onun  6 yaşı var və aylıq gəliri 200-500 min dollar arasındadır, illik gəliri isə 18 milyon dollardır. Bununla yanaşı, həkimlər serebral iflic diaqnozu qoyduqlarına  görə, onun gəzə və danışa biləcəyinə zəmanət vermirlər. Onun valideyinləri qızlarının müalicəsi üçün hər şeyə əl atıblar: həkimlərə aparıblar, hər dəqiqə ünsiyyət qurublar və YouTube-da uşaqlar üçün ən populyar videoları izləyiblər. Bundan sonra onlar Anastasiyanı da videoya çəkmək qərarına gəliblər.  Məlum olub ki , Nastya kamera qarşısında çox səmimi və sərbəstdir. Təxminən yarım ildən sonra onların Nastya üçün açdıqları YouTube kanalı 20000 rubl gəlir gətirməyə başlayıb. Onlarıın 61 min abunəçisi var. Valideyinləri qeyd edirlər ki, ən çox pul gətirən videolar YouTube – prerollardır, yəni çarxdan öncə göstərilən reklamlardır.

 

 

Videonun populyar olması üçün uşaq nə etməlidir?

 

Xüsusi istedada ehtiyac yoxdur, sadəcə özün kimi olmalısan. Uşaqlar çox səmimi və olduqları kimidilər deyə, artıq çox baxış sayı yığmağa şanslıdırlar. Məhz elə bu keyfiyyətlərinə görə, 8 yaşlı Rayn Kadci ötən ilin ən varlı YouTube blogeri seçilib. O, ilk karyerasına cəmi 3 yaşı olanda başlayıb, 5 ildən sonra il ərzində 26 milyon qazanıb. Onun kanalında maraqlı nələr var? Burada o, oyuncaqlarını açıb baxır və fədakarcasına onlarla oynayır. Videoların məzmununun dəyişilməsi onun gəlirlərinə qətiyyən mane olmur. 9,1 milyon abunəçisi olan Family Fun Pack kanalının videosunda 6 uşaq iştirak edir. Məzmun çox sadədir: böyük ailənin istirahət günü, uşaqlar yatmağa hazırlaşır, uşaq geyimlərinin seçilməsi və s.  Burdan belə bir fikir yarana bilər ki, dünya kütləşməyə doğru gedir. Lakin uşaq YouTube kanallarının populyarlığı İQ –nün qlobal səviyyəsinin aşağı düşməsinə görə deyil. Qeyd edək ki, uşaqlar və yeniyetmələr YouTube auditoriyasının və kontentin  vacib hissəsini təşkil edir.

 

 

Bundan başqa, 11 yaşdan aşağı övladı olan 80% amerikalılar onlara YouTube kanalını izləməyə icazə verirlər. Belə demək olar ki, YouTube bir növ dayə rolunu oynayır. YouTube-un rəngli, parlaq çalarlara malik böyük kontenti uşaqları onun qarşısında sakit oturmağa sövq edir.

 

Uşaqlar pul yığaraq uşaqlıqlarından məhrum olurlar.

 

Əgər siz də iş-gücünüzü atıb uşaqlarınıza video çəkməklə məşğul olmaq istəyirsinizsə, yaxşı-yaxşı düşünün. Çünki bu iş heç də kənardan göründüyü kimi asan deyil. Öncə kontenti düşünmək, süjet xəttini tapmaq, reklamçılarla danışıqlar aparmaq, uşağa nəzarət etmək kimi işlərin öhdəsindən gəlmək lazımdır. Ötən il “The Telegraph” qəzeti yazırdı ki, mütəxəssislər Britaniya hökumətinə YouTube uşaqları haqda yeni qanunlar qəbul etməyi məsləhət görürlər. Onların hüquqları uşaq-aktyorlar kimi müdafiə olunmalıdır. Psixiatrlar, həmçinin internetdə şöhrətin bir çox xəstəliklərə və yorğunluğa gətirib çıxaracağını xəbər veriblər.

 

Bu gün bu ulduzlar “adi”, xarizması və mimikaları YouTube kanalında çəkilməyə yaramayan uşaqların diqqətini özündə saxlayır. Bu “adi” uşaqlar böyüyəcək və adi həyat yaşayacaqlar. Bəs YouTube kanalının ulduzu olmuş uşaqlar adi həyata qarışa biləcəklərmi? Təəssüf ki, onların çoxu Kalkin (ulduz həyatı keçirən və böyüyüb narkotikə qurşanan, intihar etmək istəyən - “Evdə tək” filminin aktyoru) və Ferlonqun (Terminator-2) taleyini təkrarlayacaqlar. İstərdik ki, belə eks-ulduzların sayı az olsun...

TED + bölməsindən digər xəbərlər

Daha çox