Nazirlik: Elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq
“Prezident İlham Əliyevin “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı”nın təsdiq edilməsi haqqında” 25 fevral 2020-ci il tarixli fərmanı ölkəmizdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən kompleks tədbirlərin müasir texnologiyaların geniş tətbiqi şəraitində səmərəliliyinin artırılmasına xidmət edir”.
TED.az xəbər verir ki, bu sözlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda yer alıb.
Məlumatda o da qeyd olunur ki, qeyri-formal məşğulluğun qarşısının alınmasında müasir texnologiyanın üstünlüklərindən istifadə olunması bu sahədə səmərəliliyin və effektivliyin artırılmasında mühüm rol oynayır: “Məşğulluq haqqında” 2018-ci il 29 iyun tarixli Qanunda “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Dövlət başçısının həmin qanunun tətbiqi barədə 2018-ci il 24 avqust tarixli fərmanında “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərin hazırlanması tapşırılıb. 25 fevral 2020-ci il tarixli fərmanla artıq həmin siyahı təsdiq edilib. Siyahıda aidiyyəti qurumların (20-yə yaxın qurum) informasiya sistemləri və ehtiyatları əhatə olunur”.
Vurğulanıb ki, məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən bu informasiya sistemləri və ehtiyatlarının “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsi imkanları, ümumən müasir texnologiyadan geniş istifadə şəraitində nəzarət tədbirlərinin səmərəliliyi əhəmiyyətli dərəcədə artacaq: “Belə ki, artıq iş yerinə getmədən sahibkar-məmur təması minimuma endirilməklə, işəgötürən barədə müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərindəki məlumatların yoxlanılması ilə elektron audit vasitəsilə risk qruplarının müəyyən edilməsi mümkün olacaq. Nəticə etibarilə qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlərin görülməsi təmin olunacaq”.
Cavid QƏDİR
e-Azərbaycan bölməsindən digər xəbərlər
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Həftənin ən çox oxunanları
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD





