AZ

Pensiyaçılara şad xəbər – YENİLİK

21aaf47f8a0b0cd2f91dd6159f6b8cfa.jpg
27.02.2020 10:49

“Artıq bütün pensiyaçılarımız pensiya kartları üzrə daxilolmalar barədə məlumatları pulsuz əldə etmək üçün “SMS xəbərdarlıq” xidmətindən faydalana bilərlər”.

 

TED.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

 

O bildirib ki, pensiya hesablarının mövcud oduğu Kapital Bank və Azərbaycan Beynəlxalq Bankı tərəfindən bu xidmət pensiyaçılar üçün pulsuz olaraq təklif olunur: Ona görə də, hər bir pensiyaçı həmin xidmətə qoşulmaqla, pensiyaları hesablarına köçürülən anda bu barədə "SMS xəbərdarlıq” formasında məlumat əldə edə bilərlər”.

TED + bölməsindən digər xəbərlər

Daha çox