AZ

Google Translate tatar, türkmən, uyğur dillərini də tərcümə edəcək

22ba46b5330e51e251399939e048e470.jpg
27.02.2020 14:05

GoogleTranslate süni intellekt texnologiyalarında istifadə vasitəsilə önəmli yeniliklərin tətbiqinə davam edir. Platformada yeni dillər tətbiq edilərək əhatə dairəsi genişləndirilir.

 

TED.az xəbər verir ki, bu barədə şirkət rəsmisi Google Translate-in tətbiq etdiyi yeniliklərə həsr olunan mətbuat konfransında məlumat verib. Bildirilib ki, Google Translate bundan sonra tatar, türkmən, uyğur dillərindən istifadə edəcək. Nəticədə şəbəkədə tətbiq edilən ümumi dil sayının 108-ə çatacağı deyilib.

 

Tətbiq edilən yeni dillər arasında odia, kinyarvanda dilləri də var. Şirkət bu 5 dilin gətirə biləcəyi auditoriyanın 75 milyon olduğunu vurğulayıb.

 

Şirkət rəsmisi bildirib ki, bəzi dillərin veb-bazası az olduğuna görə, sistemin bu dilləri tətbiq etməsi çətinlik yaradır. Amma tətbiq edilən yeniliklər sayəsində az veb-baza ilə də tərcümə etmək mümkün olacaq.

 

Qeyd edək ki, şirkət tətbiq ediləcək 5 dil üçün xüsusi virtual klaviaturları da dəstəkləyəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox