AZ

Hyundai yeni dizaynlı i30 modelini təqdim etdi

9e9d60124028e15d7e07db44bf2f275d.jpeg
27.02.2020 15:03

Cenevrə Avtomobil sərgisi gələn həftə fəaliyyətə başlayır. Bunu gözləmək istəməyən Hyundai yeni dizaynlı i30-u təqdim edib.

 

Hyundai i30-da olan bu dəyişimlə əlaqədar Fastback və Wagon modellərinin N Line avadanlıqlarına aid şəkillər paylaşılıb. İ30 Station Wagon ilk dəfə olaraq N Line versiyası ilə birləşib. Bu modelin Cenevrədə diqqətləri üzərinə cəlb edə biləcəyi görünür.

 

TED.az xəbər verir ki, yeni dizayndan başqa i30-un ön hissəsi də kəskin görünüş alıb. Avtomobilin LED işıq fənərləri nazikləşdirilərək 'V' şəklində olan gündüz faraları ilə bütünlük təşkil edir.

 

Arxa tərəfdə faralarının dizaynı dəyişdirilib. Bundan əlavə, yeni bamper dizaynı gözə çarpır. Ön tərəfdə "V" şəkilli dizayn arxa işıqlara da tətbiq olunub. Avtomobilin içərisindəki döşəmələrdə səkkiz fərqli rəng və material seçimi mövcuddur.

 

Yenilənmiş i30-un xüsusiyyətləri:

 

 

Android Auto və Apple CarPlay dəstəkli 7 düymlük rəqəmsal alətlər paneli, həmçinin 10,25 düymlük displey diqqət çəkir. Mühərrikə gəldikdə isə 120 at gücü və 127 Nm dövr qabiliyyətinə malikdir.1,0 litrlik üç silindrli mühərrik indi 48 V-luq yarı hibrid sistemlə satın alına bilər.

 

 

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox