AZ

WhatsApp yazışmaları insan psixologiyasına necə təsir edir? AÇIQLAMA

db06a5fbf80d5d3860fbf09728f011d4.jpg
27.02.2020 13:26

Sevgililər arasındakı münasibətlərə mənfi təsir göstərən WhatsApp haqqında yazmaq şəxsi təşəbbüsmüz deyil, psixoloqların narahatlığıdır.

 

Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Nə qədər sıx qrafikimiz olsa da WhatsApp-dan istifadəyə vaxt tapırıq. WhatsAppın müsbət tərəfləri danılmazdır, bizə ünsiyyət baxımdan rahatlıq verir. Sərhəd tanımır, başqa ölkədə yaşayan yaxınlarımızla həm görüntülü, həm səsli mesaj vasitəsilə əlaqə qura bilirik. İstifadəsi çox rahat olduğundan yaşlı nəsil də bundan çox rahatlıqla istifadə edir.

 

WhatsAppın asılılıq yaratması son günlərin əsas müzakirə mövzusudur

 

Xüsusilə gənclər əks cins arasında qarşılıqlı ünsiyyəti məhz bu sosial şəbəkə üzərindən qurmağa üstünlük verir. Onlar tanış olur və yazışmağa başlıyır. Davamlı olaraq hər axşam, uzunmüddətli yazışmağa mövzu tapır bir–birinə tərcümeyi hallarını yazır və s. sonra hər gün telefona baxır, görəsən yazıb, yoxsa yazmıyıb. Əgər yazmayıbsa, nə vaxt onlayn olub, əgər tezliklə onlayn olub yazmayıbsa, artıq əsəb və təxəyyülün inkşafı sayəsində yeni mövzular və narahatlıqlar yaranır.

 

 

 

Bəs WhatsApp yazışmaları insan psixologiyasına necə təsir edir?

 

Bununla bağlı TED.az-a danışan psixoloq Aygün Ağabalayeva bildirib ki, WhatsApp insanların əhval ruhiyyəsinə mənfi təsir göstərir: “Yuxusuzluq, həyəcan, təşviş yaradır, diqqətin konsentrasiyası pozulur, stres vəziyyəti yaranır. Həmçinin insanın şəxsi zonası olmur və özünü bundan məhrum edir. Düzdü, insan istədiyi vaxt söndürə bilər telefonunu və yaxud cavab verməyə bilər. Bu özü də narahatlıq yaratmağa başlıyır. Qarşı tərəf hardasan, niyə cavab vermirsən kimi suallar verir. İnsanlar düşünür ki, mən yazıramsa dərhal cavab verməlidi. Həmçinin görüntülü ünsiyyət kimi funksiyası olan bizim yaxın dostumuz şübhələri də artırır. Məsələn, kimsə görüntülü ünsiyyət qurmağa çalışır. Qarşı tərəf uyğun olmadığından açmadıqda, inamsızlıq yaranır, niyə həmin anda açmadın, nə vardı, kim vardı yanında və s. kimi suallar yaranır. Bu inamsızlıq isə əks tərəfə psixoloji təsir göstərir və onu qıcıqlandırır”.

 

Psixoloq qeyd edib ki, WhatsApp-la ünsiyyət tənbəllik yaradıb: Əvvələr görüşməyə can atırdıqsa, indi hamı səs atmaqla işini bitirmiş olur. Bundan öncə toylara dəvətnamə göndərirdilər ki, bu da insanların görüşməsinə səbəb olurdu. İndi sadəcə səs göndərməklə yaxud dəvətnamə şəkli ilə toya dəvət edirlər. Yazışmada isə emosiyalarını bildirmək mümkün deyil, smayliklərdə onu o qədər hiss etdirmir və bu isə bəzən qarşı tərəflə anlaşılmazlığa konfliktə səbəb olur. Mesaj düzgün anlaşılmayanda insanın əhval ruhiyyəsinə mənfi təsir göstərir, yuxusuzluq, həyəcan, təşviş yaradır, diqqətin cəmləşdirilməsi pozulur, stres vəziyyəti yaranır və s. Başqa bir narahatlıq yaradan amil isə qarşı tərəfin onlayn olub-olmadığını izləməkdir. Gənclər tez-tez baxırlar qarşı tərəf onlayndır, yoxsa yox, onlayndırsa, niyə mənə yazmır. Amma düşünmürlər ki, bəlkə,  o da Sizin onlayn olduğunuzu yoxlamaq üçün setdədir”.

 

 

Aygün Ağabalayeva statusla bağlı yaranan anlaşılmazlığa görə, depressiyaya düşən pasiyentlərinin olduğunu söyləyir: “Sirrini birinə söyləyən qadın onun statusunda öz aralarında olan söhbətə bənzər status görüb. Bu məhz onun sirrini hamıya söyləmək üçün olduğunu, bütün qohumlar bunu bildi və mənə münasibət dəyişib deyə narahatlıq artaraq, depressiya vəziyyətinə qədər irəliləyib. Araşdırandan sonra məlum oldu ki, əslində bu heç də  belə deyil. Ümumiyyətlə, insanlar münasibətlərini çox vaxt statusda əks etdirir. Bunu mənə görə yazıb deyə onu özünə dərd edən insanlarda az deyil. Psixologiyada insanın şəxsiyyət tipləri var və tipinə uyğun olaraq, onlarda müxtəlif xüsusiyyət, xarakter var. Ona görə də insanların hadisələrə verdiyi reaksiyalar da fərqli olur. Məsələn, bizim başqasının statusunda məna axtarmaq ağlımıza gəlmədiyi halda, başqa birisi üçün bu, çox əhəmiyyətlidir. Düzdü, bu insanların intellekt sahəsindən də asılıdır. İnsan qarşı tərəfin vəziyyətini öz vəziyyəti kimi dəyərləndirməməlidir. Məsələn, qəbul olunmuş bir adət vardı ki, saat 11-dən sonra heç kim, heç kimə zəng etmirdi. WhatsApp-da isə insanlar gecə saat birdə belə mesaj, şəkil, səs göndərirlər. Bu da dolayısı ilə insanın rahatlığını pozur. Elə şəxslər var ki, sözügedən şəbəkədə özlərini təsdiq edirlər. Getdikləri yeri, aldıqları geyimi paylaşırlar, kiməsə, nəsə göstərmək istəyirlər, başqasını qıcıq edirlər. İnsanlar buna müxtəlif reaksiyalar verir, özünəgüvənsizlik yaranır, paxıllıq hissləri ortaya çıxır, mən bunları niyə edə bilmirəm, mən bəxtsizəm və s. Bir sözlə, bütün bu kimi detallar insan psixologiyasına təsir edir və stress yaradır”.

 

 

TED + bölməsindən digər xəbərlər

Daha çox