AZ

Vüsal Qasımlı: Dəyəri 1 milyard dollardan artıq olan startapların sayı 67-ə çatıb

 

470dab03e5b39bf66a846d92c118c7ce.jpg
27.02.2020 14:58

“İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və xətaları azaldan yeni texnologiyaların tətbiqini daha çox tələb edir. Bu gün fintek sahəsində sürətli inkişaf müşahidə olunur. Əsasən ABŞ, Avropa ölkələrindən Böyük Britaniya, Almaniya və İsveç, Asiya ölkələrindən Çin, Yaponiya, Cənubi Koreya və Hindistan, eyni zamanda, Braziliya və Avstraliya bu inkişafın stimulyatorları rolunu oynayırlar. Belə ki, fintek sahəsinin startapları adıçəkilən ölkələrin yetirmələridir. Bu sahədə “təkbuynuzlu at” adlandırılan dəyəri 1 milyard dollardan artıq olan startapların sayı ən son statistik məlumatlara əsasən 67-ə çatıb. Ümumi dəyərləri 244,6 milyard dollar olan bu şirkətlərin 57%- i ABŞ-da yerləşir. Ən böyük maliyyə dəyəri olan startap isə Çinin 39,4 milyard dəyərində olan Lu.com şirkətidir. İkinci pillədə ABŞ-da yerləşən Stripe (35,3 milyard dollar) şirkəti yer alıb. 3-cü pilləni isə hər biri 10 milyard dollar dəyərində olan ABŞ-ın “Ripple” və “İnkişafı dəqiqliyə, rasionallığa və çevikliyə dayanan maliyyə sektoru süni intellektin, insan resurslarının məhsuldarlığını artıran və xətaları azaldan yeni texnologiyaların tətbiqini daha çox tələb edir. Bu gün fintek sahəsində sürətli inkişaf müşahidə olunur. Əsasən ABŞ, Avropa ölkələrindən Böyük Britaniya, Almaniya və İsveç, Asiya ölkələrindən Çin, Yaponiya, Cənubi Koreya və Hindistan, eyni zamanda Braziliya və Avstraliya bu inkişafın stimulyatorları rolunu oynayırlar. Belə ki, fintek sahəsinin startapları adıçəkilən ölkərin yetirmələridir. Bu sahədə “tək buynuzlu at” adlandırılan dəyəri 1 milyard dollardan artıq olan startapların sayı ən son statistik məlumatlara əsasən, 67-ə çatıb. Ümumi dəyərləri 244.6 milyard dollar olan bu şirkətlərin 57%- i ABŞ-da yerləşir. Ən böyük maliyyə dəyəri olan startap isə Çinin 39.4 milyard dəyərində olan Lu.com şirkətidir. İkinci pillədə ABŞ-da yerləşən Stripe (35.3 milyard dollar) şirkəti yer alıb. 3-cü pilləni isə hər biri 10 milyard dollar dəyərində olan ABŞ-ın “Ripple” və Braziliyanın “NuBank” şirkətləri tutur. Onu da xüsusi qeyd etmək lazımdır ki, bu inkişaf durmadan davam edir. Belə ki, ötən ilin son rübündə 8, bu ilin ilk aylarında isə 3 yeni startap yaranıb. Maliyyələşmə həcmindən aslı olmayaraq startap sayına görə ilk pillədə olan sektor isə kiçik və orta sahibkarlıqdır. Təkcə ABŞ-da bu sektor üzrə 140 startap fəaliyyət göstərir”.

 

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 

Vüsal Qasımlı bildirib ki, digər diqqət yetirilməli olan məqam maliyyə sektorunun böyük şirkətlərinin bu startaplara investisiya maraqlarının yüksək olmasıdır: Fintek startaplarına yatırdığı investiya dəyərinə görə ilk pillədə “Goldman Sachs” şirkəti durur. 13 fərqli ixtisaslaşması olan 49 startap adıçəkilən şirkət tərəfindən alınıb. 10 fərqli ixtisaslaşması olan 34 startap “Citi” şirkəti, 22 startap isə “JP Morgan” şirkəti tərəfindən maliyyələşdirilib. Lakin 2019-cu ildə ümumi olaraq bu sahəyə yatırılan investisiya həcmi son 5 ilin göstəriciləri ilə müqayisədə azalıb. Bu azalmaya yeni yaranmış (toxum və başlama səviyyəsində olan) startaplara yatırılan investisiyaların 2015-ci ildən bu günə kimi azalma tendensiyası nümayiş etdirməsi təsir edib. Belə ki, toxum və başlanğıc səviyyəsində olan startaplara yatırılan investisiya həcmi 2015-ci ildə 67% təşkil etdiyi halda, 2019-cu ildə bu göstərici 59%-ə qədər azalıb. Bunun əsas səbəbi isə sektorun doyma həddinə çatmaqda olmasıdır. Sürətlə inkişaf edən texnoloji yeniliklər və təkliflər bazarda eyni həcmdə tələblə uzlaşmış və eyni sürətlə absorbsiya oluna bilmir. Bu mülahizəyə digər misal olaraq inkişaf etmiş ölkələrdə investisiya həcmlərinin artımının dayanması və hələ ki sabit qalması, inkişaf etməkdə olan ölkələrdə isə artımın davam etməsini göstərmək olar”.

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox