AZ

Martda Azərbaycana gətiriləcək Toyota-nın Hibrid modellərinin qiyməti bəlli oldu – AÇIQLAMA

 

9085071d347237cee4a65f73210148d1.png
27.02.2020 15:35

Azərbaycana yeni Toyota avtomobilləri gətirilir. Mart ayından etibarən Toyota Corolla Hybrid 2020 və Toyota RAV4 Hybrid 2020 modellərini də mərkəzdən əldə etmək mümkün olacaq.

 

HƏMÇİNİN OXU: Toyota Azərbaycandakı avtomobilləri də geri çağırır? – AÇIQLAMA

 

Toyota Bakı Mərkəzindən TED.az-a sifarişlərin mart ayından etibarən qəbul olunacağı bildirilib: “Toyota Corolla Hybrid 2020 modelinin ölkəmizdə qiyməti 47 min manatdan başlayacaq. Toyota RAV4 Hybrid 2020-nin qiməti isə 60 min 800 manat olacaq”.

 

Qeyd edək ki, Azərbaycanda 2018-ci ildə qeydiyyatda olan Toyota avtomobillərinin ümumi sayı 50 mini keçib. 2017-ci ildə bu rəqəm 48 442 olub.

 

Nuranə DAXİLQIZI

 

TED + bölməsindən digər xəbərlər

Daha çox