AZ

Azərbaycanda fintekin inkişafı üçün hansı tədbirlər görülür? – AÇIQLAMA

f77a5723fbddd381bf825afe50298f3e.png
27.02.2020 16:15

Azərbaycanda son illər ərzində finteklərin inkişafının stimullaşdırılması məqsədi ilə bir sıra tədbirlər görülməkdədir. Fintekin inkişafına birbaşa təsiri olan əsas məsələ rəqəmsallaşmaya keçidin sürətləndirilməsi və nağdsız ödənişlərin həcminin artırılmasıdır. Bu istiqamətdə cənab Prezident tərəfindən təsdiqlənmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsinə dair Dövlət Proqramı” həm hüquqi bazanın, həm də infrastrukturun yaxşılaşdırılması, eyni zamanda ictimai məlumatlılığın artırılması və təbliğat-təşviqat işlərinin aparılması tədbirlərini özündə ehtiva etməklə rəqəmsal ekosistemin yaxşılaşdırılması baxımından çox önəmli hesab olunur. Bütün aidiyyəti qurumların icraçı olaraq cəlb olunduğu bu proqram üzrə işlərin aparılması davam etməkdədir və ilin sonuna müvafiq sahədə pozitiv dəyişiklikləri proqnozlaşdırmağa imkan verir”.

 

TED.az xəbər verir ki, bu haqda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 

Vüsal Qasımlı bildirib ki, startapların inkişafını stimullaşdırmaq məqsədi ilə də müəyyən işlər görülüb: “Belə ki,onlara biznes planların hazırlanması və rəsmiləşdirmə əməliyyatlarının aparılmasında yardım edən, mentorluq, konsaltinq xidmətləri göstərən inkubator və akseleratorlar, eyni zamanda ideya və layihələrin elektron bazası olan “EnterpriseAzerbaijan Portalı” yaradılıb. Stanford Universitetinin “Süni intellekt Hesabatı”na əsasən ictimai məlumatlılığın və maarifləndirmə tədbirlərinin artırılması, startapların motivasiyasının yüksəldilməsi, investorlar və layihə sahiblərinin görüşdürülməsi, layihələr barədə məlumatlılığın artırılması kimi kommunikasiya məsələləridə süni intellektin tətbiqi və fintekin inkişafı istiqamətində çox əhəmiyyətli hesab olunur. Bu məqsədlə Azərbaycanda hər il Fintek Sammiti və bu zəmindən olan müxtəlif konfranslar keçirilir. Bu tədbirlər real platforma rolunu oynayaraq qarşılıqlı maraqlı tərəflərin görüşdürülməsinə xidmət edir”.

 

Zeynəb ƏKBƏR

 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox