AZ

Aprel ayından küləyin sürətinin ölçmə işlərinə başlanılacaq – AÇIQLAMA

 

4defb9d29eddc28c95c4564dc1e6e293.jpg
27.02.2020 16:40

Energetika nazirinin müavini Samir Vəliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Enerji və Təbii Sərvətlər Bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikovanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

TED.az xəbər verir ki, görüşdə  bərpa olunan enerji üzrə “ACWA Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən pilot layihələrinin icra vəziyyəti, şəbəkənin gücləndirilməsi ilə bağlı görülən işlər müzakirə olunub.   

 

Nazir müavini Samir Vəliyev bildirib ki, sözügedən layihələr üzrə 7 işçi qrupu tərəfindən torpaq sahələrinin ayrılması, elektrik enerjisinin satınalınması, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, layihələrin icrası ilə bağlı dövlət zəmanəti və digər müqavilələrin hazırlanması işləri görülür. Layihələr üçün torpaq sahələrinin ayrılması artıq yekunlaşmaq üzrədir. Sentyabrda isə tikinti fazasına başlamaq planlaşdırılır. Həmçinin bərpa olunan enerji ilə bağlı yeni qanunun qəbulundan sonra yeni istehsal gücləri üzrə layihələrin hərraca çıxarılacağını deyən nazir müavini bu prosesdə AYİB ilə səmərəli  əməkdaşlıq edildiyini bildirib.

 

Görüşdə Bank ilə hərracların keçirilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, bərpa olunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi üzrə görülən işlərdən də bəhs edilib. Bildirilib ki, layihə çərçivəsində cari ilin aprel ayından küləyin sürətinin ölçmə işlərinə başlanılacaq.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox