AZ

İnnovasiyalar Agentliyinin təcrübə və karyera proqramına seçimlər başa çatdı

c8715af9eb072e1b34177e65d3ad126d.png
27.02.2020 16:44

İnnnovasiyalar Agentliyinin tələbələr üçün elan etdiyi “Təcrübə və Karyera proqramı 2020”yə qəbul və seçimlər artıq başa çatıb.

 

TED.az xəbər verir ki, aparılan seçimlər nəticəsində 3 tələbə təcrübə proqramında iştirak imkanı qazanıb. Seçilən 3 tələbə akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilik və maraqları ilə fərqlənə biliblər.

 

Beləliklə “Təcrübə və Karyera proqramı 2020” nəticəsində seçilən tələbələr 3 ay İnnovasiyalar Agentliyində təcrübə şansı əldə ediblər. Təcrübə proqramını uğurla bitirənlərə İnnovasiyalar Agentliyində işlə təmin olunmaq imkanı verilir.

 

Seçilən tələbələr Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinin tələbəsi Marina İbrahimova, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin tələbəsi Töhvə Xəlilova, Azərbaycan Dövlət İqtisad Universitetinin biznesin idarə edilməsi ixtisasının tələbəsi Günel İbrahimlidir.

 

Xatırladaq ki, builki təcrübə proqramında iştirak üçün 224 tələbə müraciət edib. Tələbələr müxtəlif test, çalışma və müsahibələr vasitəsilə seçiliblər.

TED + bölməsindən digər xəbərlər

Daha çox