AZ

Bu metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir

 

405f0cf469f9fd3ace9f8b426e3e774b.png
27.02.2020 16:52

“Elektirik enerjisinin kəsintisi ilə əlaqədar Bakı Metropoliteninin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədi ilə operativ tədbirlər həyata keçirilir. Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir”.

 

TED.az xəbər verir ki, bu haqda Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumata görə, həmçinin elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-ə yaxın kəsişmədə svetoforların fəaliyyəti dayanıb: “Svetoforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir. Eyni zamanda svetoforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir”.

 

“Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”,–deyə məlumatda qeyd olunur.

TED + bölməsindən digər xəbərlər

Daha çox