AZ

Galaxy Z Flip-dən ilhamlanan qatlanabilən iPhone konsepsiyası

3312c9e7b69b31090388f6f6e04b624a.jpg
27.02.2020 17:43

Samsung qatlanabilən Galaxy Z Flip-i təqdim etdikdən sonra bütün diqqətlər Apple-a tərəf yönəldi. Apple tərəfdən qatlanabilən telefonlarla bağlı heç bir məlumat verilməsə də, gələcəkdə bu texnologiyanı iPhone modelinə tətbiq edəcəyi gözlənilir.

 

TED.az xəbər verir ki, Apple-ın bu il iPhone modelində qatlanan ekrandan istifadə etməyi planda yoxdu.

 

Sızıntı materiallar yaymaqla məşhur olan Ben Geskin Galaxy Z Flip-dən ilhamlanan konsepsiya araşdırması edib. Geskinin sosial media hesablarında paylaşdığı videodakı telefon Galaxy Z Flip-də olduğu kimi şaquli olaraq qatlanır. Ancaq burada ekranı açmaq üçün fiziki müdaxiləyə ehtiyac yoxdur. Ön ekranda tez bir zamanda açılan ev ekranı tamamilə çərçivəsiz bir dizayna malikdir. Hazırda Apple tərəfdən belə bir cihazın gəlmə ehtimalı çox azdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox