AZ

Tesla-nın avtopilot qəzasındakı sirr pərdəsi qalxır

8c48269427b70a6f5f57df27658b8a3c.jpg
27.02.2020 20:37

2018-ci ilin martında baş verən Tesla-nın avtopilot qəzası haqqında bəzi detallar üzə çıxıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər ortaya çıxarıblar ki, qəza zamanı avtomobil avtopilot rejimində olub və hansısa kənar müdaxilədən söhbət gedə bilməz. 


Qeyd edək ki, bir müddət əvvəl qəzada həlak olan 38 yaşlı Apple proqramçısı Uolter Huanqın qəza vaxtı telefonda oyun oynadığı da məlum olub. 


 

Tesla-da daxili araşdırma zamanı U.Haunqın avtomobilin idarəni əla almaq üçün verdiyi siqnala diqqət etmədiyi də aşkar edilib. Şirkət rəsmiləri avtopilot rejiminin həmişə diqqət tələb etdiyini qeyd ediblər. Buradan da aydın olur ki, sözügedən rejim çox da etibarlı deyil. 


Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) müfəttişləri bildirblər ki, qəzanın ölümcül olmasının daha bir səbəbi bardura quraşdırılan qaytarıcının xəsər görməsidir. 


Şuranın direktoru Robert Samvolt açıqlamasında “avtopilot rejiminə sahib avtomobiliniz olsa da, mümkün qədər yoxmuş kimi davranın. Bu rejimdə yata, kitab oxuya, film izləyə, mesaj yaza, yaxud oyun oynaya bilməzsiniz" ifadələrinə yer verib. 

 

NTSB mütəxəssisləri müəyyən oxşarlıqlar daşıyan 4 fərqli Tesla qəzasını analiz ediblər. Nəticədə məlum olub ki, əsas ortaq nüans sürücü diqqətsizliyidir. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox