AZ

Yaponiyada dronlar metro xəttini yoxlayacaqlar

cb6bca81857b35b8bf96785bfa2ae0fa.jpg
27.02.2020 21:45

Yaponiyanın bir çox sahələrdə istifadə üçün istehsal etdiyi robot və maraqlı həll yolları ilə qarşımıza çıxmasına öyrəşmişik. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yapon mütəxəssislər bu dəfə Tokio metrosunda insanların girə bilmədiyi nöqtələrə çatmaq üçün yüksək texnologiyadan istifadə etməyə qərar veriblər. Belə ki, onlar kürə şəkilli dron-fənər yaradıblar. 


Hər gün milyonlara insanın istifadə etdiyi metroda baş verən nasazlıqlar işçilər tərəfindən aradan qaldırılır. Ancaq indi bu məsələdə dronlar da köməyə çatmağa başlayıb. 


Fevral ayından tətbiq edilən sistemin məqsədi insanların görməsinin çətin olduğu tunellər və ventilyasiya sistemlərinin detallı şəkildə müşahidəsidir. 


Sözügedən dron 22 santimetrlik ölçüyə, təxminən 1 kiloqram ağırlığa malikdir. Çarpışmalardan qorunmaq üçün xüsusi qılıfla təchiz edilən aparat çox dar yerlərə girəcək qədər kiçikdir. Cihaz 50 metr yüksəklikdə 5 dəqiqə boyunca uça bilir.


Bu sistem hazırda yalnız müəyyən arealda istifadə edilir. Gələcəkdə isə ümumilikdə 9 metro xəttində təxminən 195 kilometr uzunluğunda bir ərazi üçün istifadəsi nəzərdə tutulur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox