AZ

TikTok istifadəçiləri izlənilirlər? – Reddit rəhbərindən İDDİA

18f7addc35fbcd8f7544e0f2633db81d.jpg
27.02.2020 22:50

Reddit-in rəhbəri Stiv Hofman TikTok haqqında tənqidi fikirlər səsləndirib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, S.Hofman "bu tətbiqdən istifadə parazitlikdir" deyib. 


O qeyd edib ki, bu cür düşünmə səviyyəsini anlamır. Tətbiqi əsl parazit hesab etdiyini deyən Reddit rəhbəri TikTok istifadəçilərinin həmişə izləndiyini də bildirib. 


S.Hofman istifadə edilən barmaq izi texnologiyasını dəhşətverici adlandırıb və telefonuna belə bir tətbiqi əsla yükləməyəcəyini vurğulayıb. 


TikTok-u sərt şəkildə tənqid edən Hofman TikTok həvəsakarlarına çağırış da edib. Bildirib ki, bu cür casus proqramalarını yükləməkdən imtina etmək lazımdır. 


Qeyd edək ki, istifadəçilərini izləməsi iddiası TikTok üçün yenidir. Dəfələrlə tənqid oxlarının hədəfi olan tətbiq ilk dəfədir, casusluqda günahlandırılır. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox