AZ

Ən effektiv antidron silah: SkyWall Auto Response

71668726e9dcdb857ea26e53e9ad4b19.jpeg
27.02.2020 23:56

Böyük Britaniyanın "OpenWorks Engineering" şirkəti dünyanın ilk avtomobilə əlavə edilə bilən antidron sistemi "SkyWall Auto Response"i təqdim edib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirk't təhdidkar dronları məhv etmək üçün yeni həll yolu təklif edib. Gələn həftə İngiltərədə təşkil ediləcək Security and Policing-2020-də təqdim olunacaq silah pikapın arxasına quraşdırılır. İstifadə edilmədiyi zaman isə qatlana bilən sistem dron təhdidi aşkar edildikdə avtomatik olaraq aktivləşir. 


Bütün hərbi testləri uğurla keçən antidron sistemi dövlət qurumlarını, xüsusi əraziləri, həbsxanaları eləcə də digər obyektləri qorumaq üçün dizayn edilib. 


 

Şirkət rəsmiləri çox sürətli və yüksək manevr qabiliyyətli dronlara qarşı efektiv olan silahı güc strukturlarına satmağı planlaşdırırlar. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox