AZ

Feysbuk hesabını bağlayanlar Messenger işlədə bilməyəcəklər

83b92403745039e4ca7313e022ccbf61.jpg
29.02.2020 16:39

Feysbukun mesajlaşma tətbiqi olan Messenger-də yenilik edilib.


TED.az xəbər verir ki, bu gündən Messenger istifadə etmək üçün Feysbuku yükləmək əsas şərtdir. Artıq Feysbuk hesabı olmayanlar Messenger işlədə bilməyəcəklər. 


İndiyədək Feysbuk hesabını bağlayanlar telefon nömrəsi vasitəsilə Messenger-dən yararlana bilirdilər. Feysbukun yeni qərarına görə isə bütün Feysbuk hesablarının Messenger-ə qoşulması mütləq olacaq. 


Digər tərəfdən, Feysbuk hesabı olmadan Messenger-dən istifadə mümkün olmayacaq. Bu qərardan sonra keçmiş istifadəçilər yeni hesab yaratmaq və ya əvvəlki profillərini aktivləşdirmək məcburiyyətində qalacaqlar. 


İstifadəçiləri narahat edən əsas məqam isə bu yeniliyin Whatsapp tətbiqinə də aid ediləcəyidir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox