“Diqqətli ol, hörmətli ol” - səsli mesajınız hörmətsizlik kimi qəbul oluna bilər
Səsli mesajlar bəzən bizə rahatlıq verir, xüsusilə mətn uzun olanda və ya yazmaq imkanı olmayanda. Bəzən isə kiminsə monoloquna qulaq asmaq bizi sadəcə qəzəbləndirir. Bir sözlə səsli mesajlara münasibət birmənalı deyil.
TED.az olaraq səsli mesajları kimə, hansı şərtlərlə, necə, nə vaxt göndərməyin daha məqsədəuyğun olub olmadığını mütəxəssislərin köməyi ilə araşdırdıq.
Səsli mesaja sevgimiz nədən yaranıb?
Psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Qarayeva bildirdi ki: “Səsli mesajlarda səmimiyyət var, insanın emosional vəziyyətini duymaq imkanı verir. Biz qarşı tərəfin əhval ruhiyyəsini səs tonundan sezə bilirik, hansı ki, bunu heç bir smaliklə hiss etdirmək mümkün deyil. Səsli mesaja sevgimiz də məhz bundan yaranıb. Amma, təəssüf ki, səsli mesajın üstünlükləri elə bununla bitir. Onu dinləmək üçün həmişə imkan olmaya bilər. Buna görə də səs göndərməzdən əvvəl qarşı tərəfin bu mesajı dinləmək üçün uyğun olub olmadığını öyrənmək lazımdır. Həmsöhbətiniz işgüzar görüşdə, ofisdə, metroda ola bilər, musiqiyə qulaq asa bilər, niyə öz işindən ayrılmalıdır?”
Bax buna görə yazdığımızı dəfələrlə pozub yenidən yazırıq...
Psixoloq Ruhəngiz Qayarevaya görə, daha bir fərq ondan ibarətdir ki, səs göndərərkən mövzunu uzadıb, eyni anda bir necə informasiya verə bilərik. Bu da həm gec qavranılır, həm də əksərən lazımsız məlumat olur. İnsanlar danışarkən özlərini bəyəndikləri üçün uzun danışırlar, yazarkən isə özünüqiymətləndirmə düşür və nəticədə məzmun qısalır. Yazdığımızı dəfələrlə pozub yenidən yazma səbəbimiz də məhz bununla bağlıdır.
Korporativ mədəniyyətə gəldikdə isə ...
Birincisi, həmişə monoloqun başqaları tərəfindən necə qəbul ediləcəyini təsəvvür etmək lazımdır. Əks halda mesaj sahibi gülünc vəziyyətdə qala bilər.
İkincisi, məlumatın vacibliyi qiymətləndirilməlidir - yəni vəziyyət çox kritik olduğundan, yazma imkanınız olmayıb.
Üçünçüsü, audio yazı maksimum qısa olmalıdır.
Dördüncüsü, unutmayın ki, səs ən güclü qıcıqlandırıcıdır və sizin səs tonunuz kiminsə xoşuna gəlməyib, onda stress yarada bilər.
Müdirinizə səsli mesaj göndərmisinizsə, işlər qəlizdi
Psixoloq Aygün Ağabalayevanın fikrincə, səsli mesaj göndərməzdən öncə həmsöhbət qiymətləndirilməlidir. Əgər o sizdən yaşca böyükdürsə, bu halda səs göndərmək etik deyil. Qaydaya görə yaşca və statusca böyük olan insanlar ilk olaraq səs göndərə bilərlər. Yalnız bundan sonra siz səsli mesajla ünsiyyət qura bilərsiniz. Amma, yenə də bu o demək deyil ki, rəhbərliyin səsli mesajına mütləq səslə cavab verməliyik. İmkan dairəsində cavabı yazılı mesaj formasında göndərmək daha məqsədəuyğundur.
Əlbəttə ki, korporativ fəaliyyətdə səsli mesaj nə qədər düzgün hesab edilməsə də, bəzən buna zərurət yaranır. Belə olan təqdirdə səsli mesaj göndərən mütləq üzr istəyərək, niyə audio mesaj göndərməyə məcbur qaldığını bildirməlidir.
Mütəxəssislər məsələnin ciddiliyini nəzərə alıb düşünür ki, gələcəkdə işə qəbul olarkən “səsli mesajlar yalnız fövqəladə hallarda göndərilə bilər” kimi şərtllərə rastlaşa bilərik.
TED + bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
