AZ

Whatsapp koronavirus üçün məlumat mərkəzi yaradıb

794a91b6c1d4d0e4ce1c5cd925c064ac.png
19.03.2020 11:23

Whatsapp koronavirus pandemiyası barədə yanlış məlumatların qarşısını almaq məqsədilə yeni veb-sayt yaradıb.

 

TED.az xəbər verir ki, şirkət insanları COVİD-19 barədə bilgiləndirən portal yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF-lə bir araya gəlib.

 

Saytda pandemiya zamanı Whatsapp-dan necə istifadə edilməsi ilə bağlı məlumatlar da yer alıb. Portalda ÜST və UNICEF-in mesajlaşma xətləri barədə də məlumat veriləcək. Eləcə də koronavirus barədə dəqiq məlumat almaq istəyənlərə də kömək ediləcək.

 

2 milyarddan çox istifadəçisi olan Whatsapp-ın pandemiya barədə yalan məlumatların qarşısını alacağı gözlənilir.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox