AZ

Google Chrome-dakı yenilənmələr dayandırılır – SƏBƏB

1a5ca9869eea5d796dc925a532810b1a.jpg
19.03.2020 12:05

Google rəsmiləri platformanın mümkün olduğu qədər sürətli və problemsiz işləməsini təmin etmək məqsədilə Chrome və Chrome OS-ə yeni xüsusiyyətlər əlavə etməyi dayandırıblar.

 

TED.az xəbər verir ki, şirkət təmsilçiləri aparılan yenilənmə işlərinin bir sıra istifadəçilər üçün problem yaratdığını, cihazlarda donmalara səbəb olduğunu bildiriblər. 

 

Qeyd olunub ki, Google hazırda kibertəhlükəsizliklə əlaqədar yeniliklərə üstünlük verir. 

 

Hazırda Chrome 81-in test mərhələsində olduğu, bir çox yeniliklərin məhz həmin versiyada yayımlanacağı deyilir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox