Hava şəraiti koronavirusun inkişafına mənfi təsir göstərir – AÇIQLAMA
"Əgər mart ayının birinci ongünlüyündə nisbətən alçaq təzyiq sahəsi və cənub-şərq, cənub hava axınları fonunda temperatur iqlim normasından 5-7 dərəcə artıq idisə, son 3 gündə temperatur çoxillik göstəricilərdən aşağı düşərək gündüz saatlarında 6-8 dərəcə olmaqla qış aylarının temperaturuna yaxınlaşıb".
Bunu TED.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, bir neçə gündür hava şəraiti gözlənildiyi kimi nəzərəçarpacaq dərəcədə dəyişib: "Respublika ərazisində bəzi vaxtlarda yağıntılar müşahidə olunub. Dağlıq rayonlarda, hətta qalınlığı 1-12 sm qədər qar örtüyü yaranıb. Şimal küləyi güclənib. Abşeronun xilaskarı olan bu külək nəticəsində havanın nə dərəcədə təmizlənməsi vizual olaraq görünür".
Umayra Tağıyevanın sözlərinə görə, sinoptik durumu müəyyən edən şimal-qərb antitsiklonunun daxil olması ilə nisbətən yüksək təzyiq sahəsinin üstünlüyü hesabına hava oksigenlə zənginləşib: "Güclü şimal küləyinin təsiri ilə isə havanın tərkibində olan asılı toz hissəcikləri və zərərli maddələr uzaqlaşdırılıb ki, bu da atmosferin aşağı qatlarında havanın təmizlənməsi ilə nəticələnib. Havanın keyfiyyətinin monitorinqi üzrə avtomat stansiyaların məlumatlarına əsasən Bakı şəhərində çirklənmə yol verilən həddi keçməyib".
U.Tağıyeva onu da deyib ki, tutqun hava bəzi insanların əhvalına mənfi təsir göstərsə də, optimist insanlar belə dəyişkənliklərdə də müsbət halları görməyi bacarırlar: "Gəlin, optimist olaq! Optimizmi bir qədər artırmaq üçün bildiririk ki, həkimlərin rəyinə görə, müşahidə olunan yağışlı-küləkli hava şəraiti koronavirus infeksiyasının inkişafına mənfi təsir göstərir. Hətta qeyri-sabit hava da özündə müsbət amil daşıya bilər".
Zeynəb ƏKBƏR
KORONAVİRUS bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












