AZ

İNNOLAND-də virtual tədbir keçirilib

 

a10c3d9720b0b329dbf66e514b528f5e.jpg
19.03.2020 13:32

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzində keçirilən "GIC Innovation Akselerasiya (iX) Proqramı" təlimləri başa çatıb.


 

TED.az xəbər verir ki, proqram iştirakçılarının proqram ərzində əldə etdikləri bilikləri tətbiq edərək ərsəyə gətirdikləri startapların təqdimatı baş tutub.

 

Təqdimat Nazirlər Kabineti yanında operativ qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının məsləhətlərinə uyğun olaraq koronavirus səbəbindən virtual qaydada həyata keçirilib. 

 

Təqdimatçılar ərsəyə gətirdikləri startapları onlayn olaraq Azərbaycan və Amerikadan tədbirə qoşulmuş münsiflər heyətinə təqdim ediblər.

 

Qeyd edək ki, "GIC Innovation Akselerasiya (iX) Proqramı" Stanford Universitetinin "İdeyadan biznesə professional inkişaf" kurikulumu əsasında keçirilən 8 həftəlik proqramdır. Bu unikal proqram startaplarda, şirkətlərdə və dövlət orqanlarında məhsul və biznesin inkişafı üçün innovativ düşüncə formalaşdırır, yerli ekosistemin inkişafı üçün qlobal resurslara çıxışı təmin edir.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox