AZ

Ölkədaxili qatarların hərəkəti müvəqqəti bərpa edildi 

a37caf065b37f6a7523c6ab3d4f8a624.jpg
19.03.2020 20:44

Bayram tətili günlərində bölgələrə səfər etmək istəyən sərnişinlərin müraciət və istəklərini nəzərə alaraq “Azərbaycan Dəmir Yolları” QSC ölkədaxili bütün istiqamətlərdə qatarların hərəkətini müvəqqəti bərpa edir. 


TED.az xəbər verir ki, 19-20 mart tarixlərində Bakıdan yola düşən Bakı-Böyük Kəsik, Bakı- Köçərli-Balakən, Bakı-Astara-Horadiz qatarlarına, martın 20-də isə Bakı-Gəncə sürət qatarına bir istiqamətdə bilet satışına başlanılıb.


Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarlar martın 20 və 21-də geriyə sərnişinsiz qayıdacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox