AZ

Google şirkəti xüsusi sayt yaratdı

a4986445964dbfa8b3d712701d5d9908.jpg
22.03.2020 16:48

Google şirkəti tərəfindən koronavirus haqqında məlumatların yer aldığı xüsusi sayt yaradılıb.

 

TED.az xəbər verir ki, saytda mövcud pandemiya ilə bağlı maksimal dərəcədə rəsmi və doğru məlumat yayımlanacağı bildirilir. 

 

Saytda, həmçinin təhlükəsizliyə dair təlimatlar da yer alacaq. Eyni zamanda, idman zallarının bağlanmasına görə, YouTube-a yerləşdirilmiş evdə idman məşqləri, "COVID19"un yayılma statistikası da yerləşdiriləcək.

 

Qeyd edək ki, hələ ki, saytda ABŞ-ın Tibb Müəssisələri Departamentinin onlayn məlumatlarının linkləri yerləşdirilib. Ehtimal olunur ki, yaxın zamanda digər ölkələrin də koronavirusa dair onlayn məlumatları burada yer alacaq.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox