Ədliyyə Nazirliyindən TÖVSİYƏ: Vətəndaş müraciətləri yalnız elektron şəkildə olsun
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən zəruri sosial izolyasiya tədbirləri müəyyən edilib, vətəndaşlara kütləvi yerlərdən və qapalı məkanlardan uzaq durmaq tövsiyə olunub, dövlət qurumlarına vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul olunması, mümkün olduğu halda, səyyar xidmətlərin göstərilməsi tapşırılıb.
TED.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, nazirlik tərəfindən əhaliyə qeydiyyat və notariat sahəsində göstərilən xidmətlər üçün yalnız təxirəsalınmaz hallarda müraciət edilməsi tövsiyə olunur.
Nazirliyin qurumlarına bilavasitə müraciət edən şəxslərə müvafiq xidmətlər, o cümlədən nikahın qeydiyyatı sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstəriləcək. Bu dövr ərzində təntənəli nikah mərasimləri həyata keçirilmir.
Bildirilir ki, vətəndaşlar nazirliyin rəsmi internet saytının "Vətəndaşlar üçün əlaqə" və "İnteraktiv əlaqə" bölmələri vasitəsilə ədliyyə xidmətləri ilə bağlı müraciət edə bilərlər:
– "Vətəndaşlar üçün əlaqə" bölməsində (http://justice.gov.az/home/contact) nazirliyin, o cümlədən qeydiyyat və notariat orqanlarının əlaqə vasitələri və elektron müraciət forması mövcuddur;
– "İnteraktiv əlaqə" bölməsi (http://justice.gov.az/categories/1035) vasitəsilə isə yaranan sualların onlayn rejimdə cavablandırılması mümkündür.
Eyni zamanda, ədliyyə xidmətlərindən elektron qaydada yararlanmaq üçün nazirliyin elektron xidmətlər bölməsi (www.exidmet.justice.gov.az) fəaliyyət göstərir. Vətəndaşlar e-xidmətlər barədə, o cümlədən, vətəndaşın, həmçinin Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsin fərdi identifikasiya nömrəsi ilə bağlı əlavə məlumatı (012) 525-40-40 telefon nömrəsi vasitəsilə əldə edə bilərlər.
Rəsmi sənədlərin tərcüməsinin notariat qaydasında təsdiqi, habelə xaricdə istifadə edilməsi üçün onlara apostil verilməsi və yaxud leqallaşdırılması üçün hazırlanması və ünvana çatdırılması xidmətlərindən yararlanmaq üçün 24 saat ərzində 050 365 06 58 və ya 051 225 18 08 nömrələrinə telefon və ya whatsapp, yaxud merkezi.tercume@mail.ru elektron poçt vasitəsi ilə müraciət oluna bilər.
Həmçinin Ədliyyə Nazirliyinin (012) 404-42-64, (012) 404-42-65, (012) 562-91-99, (012) 561-77-04 telefon nömrələri vasitəsilə notariuslarla əlaqə saxlanılmaqla səyyar notariat xidmətlərinin göstərilməsi üçün müraciət oluna bilər.
Xatırladırıq ki, nəqliyyat vasitələrinin idarə olunmasına dair, həmçinin bu ərəfədə istifadə verilmiş vəkillərə verilən etibarnamələrin elektron rəsmiləşdirilməsi xidməti həftənin bütün günləri 24 saat ərzində "Mobil notariat" proqram tətbiqi vasitəsilə həyata keçirilir. Bu xidmətdən faydalanmaq üçün App Store və ya Google Play elektron platformasından həmin proqramı telefona yükləmək kifayətdir. Ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifəsində (facebook.com/mobilnotariat) yerləşdirilib.
KORONAVİRUS bölməsindən digər xəbərlər
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Həftənin ən çox oxunanları
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD










