Tələbəyə buna görə qaib yazmaq, təsir göstərmək olmaz – Ekspertdən AÇIQLAMA
"Qəbul imtahanları buraxılış imtahanları ilə birləşdirilə, o cümlədən imtahanlar sadələşdirilə bilməz. Bu müsabiqə vəziyyətini yüksəldər. Sadəcə imtahanın test modelində dəyişiklik mümkündür. İmtahanların nə vaxt keçilməsi ilə bağlı rəsmi məlumat isə yoxdur".
TED.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov öz Feysbuk səhifəsində yazıb.
Ekspert qeyd edib ki, martın 24-dən aprelin 20-dək xüsusi karantin rejiminin elanı, eləcə də dövlət orqanları işçilərinin 29 martdan 29 aprelə qədər məzuniyyətə göndərilməsi təhsil sistemində bütün fəaliyyətlərin, imtahan, müsabiqə, müsahibə və sənədləşmənin təxirə salınması deməkdir: "Yəni 29 apreldən birinci sinifə şagird qəbulu bərpa olunmalı idi, amma təxirə salınacaq. Eyni zamanda 30 martdan etibarən, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayacaqdı, onun da ləngidilməsi gözlənilir. Həmçinin 1 apreldə start veriləcək rus bölməsi üzrə birinci sinifə qəbul olmaq istəyənlərin müsabiqəsinin başqa tarixə keçirilməsi labüddür".
K.Əsədov onu da bildirib ki, hazırda 20 aprelədək tətil, 29 aprelə qədər Təhsil Nazirliyi və onun orqanları məzuniyyətdə olduğu üçün tədris ən tezi 30 apreldə başlayacaq: "Bu müddət uzadıla da bilər. Yəni koronovirus problemi həll olunanadək bütün proses dayandırılır. Yay aylarında dərs ola biləcəyi barədə isə rəsmi məlumat yoxdur. Bütün hallarda şagird və valideynlər üçün ən optimal variant həyata keçiriləcək. Müəllimlərin işə qəbulu üzrə imtahanlara gəlincə, mütəmadi şəkildə iyun-iyul ayında təşkil edildiyi üçün vaxtının dəyişdirilməsi inandırıcı deyil".
"Orta və ali məktəblərdə distant təhsil məcburi deyil. Yəni heç bir müəssisə rəhbərliyi sonradan şagird və tələbələrə deyə bilməz ki, bu mövzu video, yaxud foto kimi sayta, səhifəyə yerləşdirilmişdi, öyrənməli idiniz. Çünki distant təhsilin qanunvericik bazası yoxdur və bunun tətbiq edilməsi ilə bağlı qərar verilməyib. Sadəcə olaraq bu təhsil alanların prosesdən kənarda qalmaması üçündür. Yəni tələbəyə buna görə qaib yazmaq, təsir göstərmək olmaz".
Cavid QƏDİR
QARABAĞ bölməsindən digər xəbərlər
Samsung televizor modelləri 2026: hansı texnologiya sizə uyğundur?
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da!
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Biznes TV maliyyə çətinlikləri ilə üzləşib: Azərbaycanda biznes mediasının dayanıqlılığı məsələsi
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
“Minasız həyat üçün innovativ təşəbbüslər” layihəsi çərçivəsində maarifləndirici videoçarxın təqdimatı keçirilib
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD















