BMU Elmi Şurasının Google Hangout Meet platforması üzərindən onlayn iclası keçirilib
Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının Google Hangout Meet platforması üzərindən onlayn iclası keçirilib.
TED.az xəbər verir ki, iclasda Azərbaycan ərazisində koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından irəli gələn vəzifələrin icrası ətraflı müzakirə edilib.
İclasda Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov hökumətin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə gördüyü işləri nəzərə çatdırıb, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldığını vurğulayıb.
Rektor bildirib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna Prezidentin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat ayrılıb. Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir illik əməkhaqlarını fonda ianə ediblər. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər, bütövlükdə ölkə ictimaiyyəti koronavirusla mübarizə tədbirlərinə fəal qoşularaq, bu məqsədlə yaradılmış Fonda könüllü ianələr köçürürlər.
İclasda universitetin büdcəsindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsaitin köçürülməsi ilə bağlı yekdil qərar qəbul olunub.
Daha sonra BMU-da tədrisin məsafədən həyata keçirilməsi, elektron vasitələrlə təşkili imkanları, tələbə və əməkdaşların sağlamlığının qorunması istiqamətində görülən işlər müzakirəyə çıxarılıb. Bildirilib ki, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, müvafiq tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə BMU-da davamlı işlər həyata keçirilir. Artıq iki dəfə universitetin bütün tədris binaları, ictimai-iaşə obyektləri və yataqxanaları Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dezinfeksiya edilib, həmçinin sanitar-epidemioloji vəziyyət nəzarətə götürülüb. Eyni zamanda, məlumatlılığın artırılması məqsədilə maarifləndirici videoçarx hazırlanıb, universitetin saytına, eləcə də yataqxanalarda və tədris binalarında monitorlara yerləşdirilib.
İclasda koronavirus xəstəliyi ilə əlaqədar təhsilin davamlılığını təmin etmək məqsədilə BMU-da təlim-tədris prosesinin məsafədən davam etdirilməsi müzakirə olunub. Nəzərə çatdırılıb ki, bunun üçün universitetdə bütün texniki imkanlar mövcuddur. Qərara alınıb ki, martın 29-dan etibarən bu proses tədris platforması olan Google Classroom LMS (Learning Managament System) vasitəsilə ilə həyata keçirilsin.
Müzakirələrdə BMU-nun artıq üç ildir ki, Google şirkətinə aid olan G-Suite bulud texnologiyasının üzvü olması, bu texnologiyaya aid olan bəzi modullardan, o cümlədən, əməkdaşlar və tələbələr üçün korporativ e-mail, təqvim, google drive, elektron cədvəllərdən aktiv istifadə etməsi qeyd olunub.
İclasın sonunda H.Məmmədov universitet əməkdaşlarını həmrəylik, vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.
TED + bölməsindən digər xəbərlər
Volvo Trucks Elektrik Bazarında Liderliyi Gücləndirir
Spotify çoxdan gözlənilən yeniliyi təqdim edir
Telefonunuzu 100% doldurmaq batareyanın ömrünü qısaldırmı?
Apple, iPhone Air 2-ni satışa çıxardı
Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Toy Story 5-in treyleri yayımlandı!
OpenAI problemdədir
Huawei-nin yeni nəsil qatlana bilən telefonu yoldadır
WhatsApp Windows 11-də veb-əsaslı versiyaya keçir!
Samsung orta səviyyəli seqment üçün yeni model hazırlayır!
Alien: Earth ikinci mövsümü alacaqmı?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!
Apple və WhatsApp casus proqram kampaniyasına başladılar!
Tesla tətil yeniləməsi üçün geri sayım başladı
Yeni Kia Telluride təqdim olundu
WhatsApp böyük şokla üzləşir: AB tənzimləmələri başladı!
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Google Disk üçün yeni süni intellekt funksiyası: Audio xülasələr!
Galaxy Ring Galaxy XR-ni idarə edə biləcək!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
Google Maps üçün Tesla Supercharger funksiyası!
Yeni Kia Telluride təqdim olundu
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

