AZ

Azərbaycanda maska istehsal ediləcək

495917ce69f02490ba1868eef67f6b02.jpg
24.03.2020 20:40

"Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq". 

 

TED.az xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır: "Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox