AZ

Qədim qitənin qalıqları tapıldı

 

fb4caf065c6a0a2c3d41aebaec54b4b7.jpg
27.03.2020 13:19

Alimlər Kanadanın şimalında Kimberlit vadisində fraqmentləri Atlantik okean üzrə səpələnmiş ən qədim qitənin qalıqlarını aşkar ediblər.


TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ən qədim kontinental yer qabığının – Şimali-Atlantik platformanın fraqmenti Baffin adasında, Kanadanın materik hissəsi və Qrenlandiya adası arasında aşkar edilib. 


Tapıntı haqqında geoloqlar “Journal of Petrology”də nəşr olunmuş məqalədə məlumat veriblər.


Qiymətləndirmələrə görə, Şimali-Atlantik platforması təxminən 150 milyon il əvvəl hissələrə parçalanıb. Onun qırıntıları indiyədək Qrenlandiya, Şotlandiya və Labrador adasında tapılıb.


Tapılmış fraqment sayəsində alimlər Şimali-Atlantik platformasının onların güman etdikləri ölçüdən 10% daha böyük olduğunu müəyyən ediblər.

Elm bölməsindən digər xəbərlər

Daha çox