AZ

Professordan nümunəvi addım: tələbələrinin telefon nömrəsinə vəsait yüklədi 

79fcb979840476743f2d5d2787686ba1.jpg
27.03.2020 19:05

Bakı Dövlət Universitetinin (BDU) professoru mövcud karantin vəziyyəti ilə əlaqədar olaraq tələbələrə dəstək olub. 


TED.az xəbər verir ki, BDU-nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bir-birləri, eləcə də müəllimləri ilə daha rahat əlaqə saxlaya bilmələri üçün bölgələrdə yaşayan on tələbənin telefon nömrəsinə vəsait yükləyib.


Həmin gənclərdən biri olan Jurnalistika fakültəsinin II kurs tələbəsi Qasım Məmmdəli TED.az-a bildirib ki, bir professorun tələbəsinə qarşı bu qədər diqqətli davranması sevindiricidir: "Xüsusilə bu siyahıda mənim də adımın olması çox xoşdur. Cahangir müəllim çox gözəl pedaqoq və çox gözəl insandır. Dərs prosesində də həmişə bizimlə maraqlanır. Çətin anlarımızda dəstək olur". 

 

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox