AZ

Pandemiya dövründə smartfon bazarına kim liderlik edir?

 

04fe1dac21415b34b8e9104de64de9fd.jpg
28.03.2020 10:30

Samsung, Apple və Huawei liderlik uğrunda mübarizələrini davam etdirir

 

Dünyada cərəyan edən koronavirus pandemiyasına baxmayaraq, fevral ayında smartfonların qlobal satışı 14% azalıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə gözlənilən qədər pis deyil.

 

TED.az xəbər verir ki, bu haqda "Counterpoint" analitik agentliyi məlumat yayıb.

 

Məlumata görə, Çinin smartfon bazarında satış 38% azalıb: "Bu ilin fevral ayında Çində müxtəlif smartfonların satışı 50% azalmışdı. Lakin cihazların satışı onlayn rejimə keçdikdən sonra bu fərq 38%-ə düşüb". 

 

Koronavirus pandemiyasının cərəyan etdiyi dönəmdə isə smartfon bazarına liderliyi Samsung şirkəti edir. O bazarın 21,9% payına sahibdir. Apple ikinci yerdə gələrək, 14,4% paya malikdir. Huawei bu siyahıda üçüncü sırada gəlir. Onun bazar payı isə 13,2%-dir. 

 

Mütəxəssislər qeyd edirlər ki, əslində Huawei-in göstəriciləri gözlənilən nəticədən daha yaxşı olub: "Qeyd edək ki, bu ilin fevral ayında Huawei şirkəti dünya üzrə 12 milyondan çox mobil cihaz satıb. İstehsalçının dünya bazarında payı isə sadəcə 1% azalıb".

 

Siyahıda ardıcıl olaraq Xiaomi Oppo, Vivo və Realme 9,2%, 8,2%, 6% və 2,7% payla yer alıb. 

 

"Counterpoint" şirkətinin baş mütəxəssisi Jene Park hesab edir ki, Cənubi Koreya və Çin smartfon bazarında öz mövqelərini getdikcə yaxşılaşdırır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox