Əhalinin evdə qalmasını stimullaşdırmaq məqsədilə mobil operatorlar internet paketi hədiyyə etməlidirmi?
Məlumdur ki, koronavirusa görə artıq rəsmi şəkildə ölkədə karantin rejmi tətbiq olundu. Yaradılan “Evdə qal” kampaniyasına əsasən bir sıra dövlət qurumları və təşkilatlar bu çətin günlərdə əhaliyə öz dəstəyini əsirgəmir.
Ekspertlər məsələ ilə bağlı mobil operatorlara da səslənib. Onların təklifinə əsasən mobil operatorlar (Azercell, Bakcell, Nar mobile) əhalinin evdə qalmasını stimullaşdırmaq məqsədi ilə pulsuz internet paketi hədiyyə etməlidir. Bir sıra ölkələrdə artıq bu təcrübə tətbiq olunur. Məsələn, Avropanın bəzi ölkələrində 100 GB internet paketi hədiyyə kampaniyasına 1 həftə əvvəl başlanılıb. ABŞ-a gəlincə, burda mobil telefon operatorları müştərilərinə 5G planı üzrə limitsiz internet təqdim edir.
Bakcell-in mətbuat katibi Aygün Cəfərli irəli sürülən təkliflərlə bağlı TED.az-a bildirib ki, şirkətimiz ölkəmizdə həyata keçirilən genişmiqyaslı tədbirlərə qoşularaq, öz abunəçiləri və əməkdaşları ilə yanaşı, bütün Azərbaycan vətəndaşlarının sağlamlığına töhfə vermək məqsədilə müxtəlif yaş qruplarını əhatə edən 360 dərəcə kommunikasiya və tədbirlər planının icrasına başlayıb: “Bakcell Prezident cənab İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,5 milyon manat ianə edib. Bundan əlavə, Bakcell Azərbaycana süni tənəffüs aparatları, bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları, eləcə də koronovirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspress-testin gətirilməsi üçün iri həcmdə vəsait ayırıb. Bu avadanlıq və vasitələr Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilən mərkəzlərə təqdim olunacaq”.
Aygün Cəfərli qeyd edib ki, Bakcell əməkdaşları bu günlərdə karantin mərkəzlərində çalışan tibbi heyətə təşəkkürünü, karantində olan insanlara isə dəstəyini ifadə etmək üçün açıqca vasitəsilə mesajlar göndərir: “Həmçinin Bakcell şirkəti regionlarda yerləşən karantin məntəqələrində çalışan tibb işçilərinə 100 AZN və karantində olan vətəndaşlarımıza isə 50 AZN məbləğində ödəmə kartları göndərib. 22 mart tarixindən etibarən Bakcell abunəçiləri öz telefonlarının ekranlarında “evde qal” çağırışını görürlər, 103 təcili tibbi yardım xidmətinə olduğu kimi, 1542 qaynar xətt nömrəsinə zənglər də bütün Bakcell abunəçiləri üçün tamamilə pulsuzdur. Həmçinin şirkət öz abunəçilərinə xüsusilə vacib olmadıqda, Müştəri Xidməti Mərkəzlərinə getmək əvəzinə “Mənim Bakcellim” tətbiqetməsindən istifadəni və ya 555 Əlaqə Mərkəzinə zəng etməyi tövsiyə edib”.
“Qeyd olunan tədbirlərlə yanaşı, Bakcell şirkəti abunəçilərimiz və bütün ölkə vətəndaşlarımızın sağlamlığına töhfə verə biləcək digər mühüm layihələr üzərində işləyir” - deyə o əlavə edib.
Azercell-in Onlayn Dəstək Bölümündən bildirilib ki, təklifin gələcəkdə tətbiqi imkanları şirkət tərəfindən araşdırılacaq.
Qeyd: Əməkdaşımız məsələ ilə bağlı NarMobile-ın mətbuat xidməti ilə əlaqə saxlasa da, sorğuya cavab ala bilməyib.
Nuranə DAXİLQIZI
TED + bölməsindən digər xəbərlər
App Store işi partladı: 2 milyard dollarlıq apelyasiya!
Xpeng P7+ Rəsmi Təqdim Edildi: Dizayn Budur
Tesla iPhone İnteqrasiyasını Təkmilləşdirir!
Oppo Reno 15 Pro Mini Gəlir!
Yeni Avatar Filmi Rekordlar Qırmağa Davam Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
OPPO Find X9s ikili 200 meqapiksellik kamera ilə gələcək!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Galaxy Buds 4 Pro Tezliklə!
Yeni iPhone Pro Telefon Sənayesini Necə Dəyişdirəcək?
LG Canvas-Look Televizorunu Təqdim Edir
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Həftənin ən çox oxunanları
Qarabağ Universitetində akademik mühitdə kibertəhlükəsizlik və kibermaarifləndirmə mövzusunda təlim keçirilib
Xiaomi 17 Seriyasına Yeni Model Gələ Bilər!
Oppo Reno 15 Pro Mini Gəlir!
Realme Neo 8 Prosessoru Təqdim Edildi
Xiaomi 17 Ultra Leica Edition sınaqdan keçirildi!
XPeng 2026-cı ildə Bazar Payını Artırmağı Məqsəd Edir!
Huawei Çip Strategiyasını Dəyişiklik Edir!
Samsung Xərcləri Nəzarət Etməyə Çalışır!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD


