AZ

Azərbaycan Gənc Proqramçılar Birliyi yaradıla bilər

9a37de382e414c3eb60a1c3e65e54c59.jpg
28.03.2020 10:47

""WeCode Group" hazırda “Nağıl Diyarı” adlı maraqlı layihə üzərində çalışır".

 

Bu haqda TED.az-a "WeCode Group"un təsisçilərindən biri, gənc startapçı Yusif İmamverdiyev deyib. 

 

Startapçı bildirib ki, rəqəmsal erada yaşadığımızı əsas götürən "WeCode Group" gələcəkdə “Azərbaycan Gənc Proqramçılar Birliyi” yaradaraq yeni nəslə orta məktəb yaşlarında informasiya texnologiyalarının əsaslarını aşılamağı özünün əsas məqsədi hesab edir: "Həmçinin fəaliyyət istiqamətini genişləndirərək fərqli, innovativ, faydalı və irimiqyaslı layihələrlə müştərilərinə xidmət etməyi planlaşdıran "WeCode Group"u sosial mediada izləyərək işləri ilə daha yaxından tanış ola bilərsiniz".

 

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində Kompüter elmləri ixtisası üzrə təhsil alan Rəhim Aslanov, Yusif İmamverdiyev və Əhməd Mirzəyevin təsis etdiyi "WeCode Group" artıq 2 aydır ki, fəaliyyət göstərir. Gənclər tərəfindən təsis olunmasına və qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, "WeCode Group" tərəfindən gənclərin maariflənməsi və inkişafı üçün bir-birindən maraqlı layihələr həyata keçirilib. 

 

"WeCode Group" “Daktil Alpha” adlı layihə həyata keçirərək, nitq qüsurlu gənclərin distant təhsil almasına dəstək olub. Bununla yanaşı, müştərilərinə “Health & Donate” adlı mobil tətbiq təqdim edən "WeCode Group" daim istifadəçilərinin yanında olmağa, onların sağlamlığının qayğısına qalmağa çalışır. Bir çox dövlət və özəl müəssisələrin, təşkilat və qurumların veb-saytlarının hazırlanması və yenilənməsi, veb və qrafik dizayn işlərinin yüksək səviyyədə hazırlanması da məhz "WeCode Group" tərəfindən həyata keçirilib.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox