AZ

Hansı e-sistemlər irqi ayrıseçkilik edir?

 

2b5d54d0f891dfc8879fc508afd4c2f9.jpg
28.03.2020 12:29

Amazon, Apple, Google, IBM və Microsoft şirkətkəri.

 

Nitq tanıyan sistemlər ağ irqli insanların danışdığını daha aydın anlayır. 

 

TED.az xəbər verir ki, bu haqda Stenford Universitetinin tədqiqatçıları məlumat yayıb.

 

Məlumata görə, dünyanın nəhəng texnologiya şirkətləri tərəfindən hazırlanan nitq tanıyan sistemlər ağ irqli insanların danışdığını daha aydın başa düşür. 

 

Xüsusilə də, Amazon, Apple, Google, IBM və Microsoft şirkətlərinin hazırladığı sistemlər avropalıların nitqini, qaradərililərin nitqindən daha aydın seçir.

 

"Sözügedən şirkətlərin hazırladığı nitq tanıyan sistemlər ağ dərililərin danışığında 19%, qaradərililərin danışığında isə 35% səhvə yol verir".

 

Mütəxəssislərin bu mövzu ilə bağlı iradına sadəcə Google şirkətinin nümayəndələri cavab verərək, problem üzərində işlədiklərini bildiriblər. 

 

Qeyd edək ki, bu kimi hallar daha əvvəl üz tanıyan süni intellekt sistemlərində də aşkarlanıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox