AZ

BirBank istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə edib 

e6051c973592b087cc57e11320be0cc5.png
28.03.2020 13:10

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl BirBank mobil tətbiqində yeni funksiya təqdim edilib. Artıq tətbiq istifadəçiləri bonus şəklində topladıqları “Ürəklər”ini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə formasında “xərcləyə” bilərlər. 

 

TED.az xəbər verir ki, funksiya tətbiq olunan zamandan, bir neçə gün ərzində artıq 30 000 manatdan artıq vəsait toplanıb və bu məbləğ hazırda artmaqdadır. 

 

Bundan başqa, mobil tətbiqdə koronavirusla bağlı xüsusi bölmə yaradılıb. Bu bölmədə virusla bağlı statistik məlumatlar, xəbərlər, virusun simptonları və diaqnostika, virusa yoluxmamaq üçün atılan addımlar və ən çox verilən suallara cavablar yerləşdirilib. Həmçinin tətbiq üzərindən təxirə salınmaz tibbi yardım üçün yaradılan qaynar xəttə də zəng etmək mümkündür.

TED + bölməsindən digər xəbərlər

Daha çox