AZ

WhatsApp doğrunu yalandan fərqləndirməyə kömək edəcək

 

34b37f68892c0e27c022d8756da8252e.png
28.03.2020 13:38

Saxta xəbərləri üzə çıxaran yeni funksiya test edilir 

 

Populyar messencer olan WhatsApp komandası yeni funksiyanı test edir.

 

TED.az xəbər verir ki, bu funksiya vasitəsilə istifadəçi xəbərin doğru və ya saxta olduğunu müəyyən edə biləcək.

 

Test rejimində olan funksiya Android istifadəçilərinin son yenilənmiş beta versiyasında aşkarlanıb.

 

Funksiyaya əsasən, istifadəçiyə məlumatlarla (link) yanaşı, axtarış işarəsi olan lupa da gəlir. Bu zaman istifadəçi həmin informasiyanı yoxlamaq üçün internet resurslarından axtarış edə biləcək. 

 

WhatsApp-dan yayılan məlumata görə, yaxın gələcəkdə bütün istifadəçilər bu funksiyadan yararlana biləcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox