AZ

Xiaomi smartfonu ilə NFC olmadan təmassız ödəniş etmək mümkün olacaq 

3c799b88cb395325920441bb677f16b8.jpg
28.03.2020 14:59

Yeni texnologiya hələ ki, yalnız Çində keçərlidir

 

Xiaomi şirkətinə məxsus smartfonla NFC texnologiyası olmadan təmassız ödəniş etmək mümkün olacaq. 

 

TED.az xəbər verir ki, ötən ilin ikinci rübündə Xiaomi şirkəti məşhur, amma bahalı olmayan Redmi smartfonlarında NFC texnologiyası ilə ödəniş etməyin mümkün olduğunu açıqladı. Lakin bir çox istifadəçidə hələ də köhnə nəslə mənsub Xiaomi telefonları var. Bunu nəzərə alan şirkət nümayəndələri bütün telefonlarda NFC olmadan təmassız ödəniş etmək üçün yeni funksiya yaratdılar. Artıq Mi Pay ödəniş xidməti NFC-siz təmassız ödənişi dəstəkləyir. Hələ ki, bu sistem ancaq Redmi Note 5, Note 7 və Redmi 6 cihazlarında tətbiq olunur. Şirkət məlumatına əsasən, yaxın zamanda bu siyahı daha da genişlənəcək.

 

Sistem olduqca sadə formada işləyir. Ödəniş kartını əlavə edib, bütün identifikasiya proseduru keçdikdən sonra, istifadəçi iki dəfə enerji düyməsini sıxmalıdır. Bu zaman Mi Pay sistemi peyda olur və barmaq izini skan edir. Daha sonra isə smartfon QR kodunu skaner edir və bununla da ödəmə sona çatır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox