AZ

Liftdə koronavirusa yoluxmamaq üçün çinlilər müxtəlif yollara əl atdılar

9efcd6da063e90ae0e4129e31b69f385.jpg
28.03.2020 15:38

Səs nəzarəti sistemi, yemək və diş çubuqları, əlcəklər, salfetlər koronavirusun yayılmasına qarşı necə istifadə olunur?

 

Liftlər zəif havalandırma sistemi, qapı və düymələrə toxunan insanların çox olduğu qapalı bir yerdir. Ofislərdə və yaşayış binalarında fəal şəkildə istifadə olunur, buna görə onlardan gizlənəcək heç bir yer yoxdur. Liftlərdən istifadədən imtina edə bilərsiz, lakin bu, həmişə mümkün deyil.

 

Çində, əlbəttə ki, liftlər dezinfeksiya edilir, lakin sərnişin axınının çox olması səbəbindən bu, kifayət deyil. Liftdən istifadə etdikdən və maska taxdıqdan sonra əllərin necə yuyulmağına dair əsas tövsiyələri də nəzərə alsaq, Çin vətəndaşları liftdəki düymələri əlləri ilə basmamaq üçün ixtiraçılıq möcüzələri göstərirlər. Bu müxtəlif versiyalar bir az “dəlisov” görünsə də əslində olduqca təsirli ola bilər.

 

Belə bir vəziyyətdə, texnoloji cəhətdən ən təhlükəsizi səs nəzarət sistemidir. Təhlükəsiz olmasına baxmayaraq, məlum səbəblərdən hər yerdə mövcud deyil.

 

Ən məntiqli və eyni zamanda əlverişli bir yol əlcək geyinməkdir. Ancaq sadə yol olsa da bəzi çətinlikləri var. Əvvəla, əlcəklərin özləri müəyyən bir şəkildə mütəmadi olaraq dezinfeksiya edilməlidir. İkincisi, əlcəklərlə üzünüzə toxuna bilməzsiniz, buna görə də onları çıxartmalısınız. Beləliklə, bu metod xüsusilə praktik deyil.

 

Buna baxmayaraq, "Özünü qoruyanı - Allah da qoruyur" sözünə əməl edənlər də çoxdur. Belə ki, bəzi sərnişinlər liftdəki düymələri ayaqları ilə basmağı da cəhd ediblər.

 

 

Ayaqlarından bu qədər mahir şəkildə istifadə etməyə çətinlik çəkənlər isə başqa bir imkan düşünüblər - yemək çubuqları. Tamamilə universal bu vasitə - liftdəki düyməni, ictimai tualetlərdə suyu basmağa kömək edir.

 

 

Mövcud üsullardan digərləri isə diş çöpü və ya salfetdən istifadədir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox