Psixoloq: Özümüzü ələ alıb həyat tərzimizi dəyişmədən rahat yaşamağa alışmalıyıq
Artıq bir neçə gündür ki, koronavirus pandemiyasına görə izolyasiya tədbirləri həyata keçirilir. Ölkəmizdə əvvəl karantin, bu gündən etibarən isə xüsusi karantin rejimi tətbiq olunur. Yəni mümkün qədər evdə qalmaq, toplu yerlərdən uzaq durmaq və bu yolla virusun yayılmasının qarşısını almaq hədəflənir. Təbii ki, dövlət tərəfindən virusa qarşı ən təsirli üsul tətbiq edilir. Lakin bu üsul da özlüyündə kifayət qədər ciddi problem yaradır. İnsanlar evdə qalmağa öyrəşə bilmirlər.
Psixoloq Ruhəngiz Qarayeva TED.az açıqlamasında həyat tərzimizi dəyişməyin yollarından, ümumiyyətlə, psixoloji sarsıntı keçirmədən evdə qalmaq üçün nələr lazım olduğundan danışıb.
1. Koronavirus haqqında informasiya almağı azaltmalıyıq. İnandığımız informasiya mənbəyindən və yaxud inandığımız insandan gündə bir yaxud iki dəfə informasiya almağımız kifayətdir. Bütün günü bu informasiyaya köklənməyimiz, bütün videoçarxlara yaxud bitib tükənməyən facebook statuslarına baxmaq, bizdən qiymətli vaxtımızı almaqla yanaşı, həm də bizdə stress, narahatlıq və passivlik yaradacaq.
2. Adi həyat yaşamağa davam etməliyik. Bu bir neçə gün davam edəcək, nə tətil deyil, nə bayram. Ona görə də iş həyatınızdakı kimi günlük rejimi dəyişmək lazım deyil. Vaxtında yatıb, vaxtında durmalıyıq. Bütün günü gecə köynəyində, dağınıq saçlarla deyil, bəzənib, özümüzü, saçımızı formaya salıb, planlaşdırdığımız işləri görməliyik.
3. Planlaşdırdığımız işlərə gələrkən, hər axşam sabah görəcəyimiz işlərin planını tutub qeyd etməliyik. Evdən çıxmamağımıza baxmayaraq, fəaliyyətimizi həm passiv, həm də aktiv etməyə çalışmalıyıq. Məsələn, kitab oxumaqla yanaşı, idman etmək, evdə uşaqlar varsa, onlarla fiziki yaxud kompüter, həmçinin yaradıcılıq oyunları oynamaq, şəkil çəkmək, video bloq hazırlamaq, paylaşmaq, ev yığışdırmaq və s. bütün bu kimi planlarımızı əvvəlcədən müəyyənləşdirməliyik.
4. Bu günlərdə insanlarda ünsiyyət təlabatı olduğundan tez-tez Sizə zəng edəcək və yaxud WhatsAppda yazacaqlar. Əgər gününüzü səmərəli keçirmək və boş qaldığınız bu günlərin həyatınıza bir müsbət qatqısı olmasını istəyirsinizsə, telefonunuzu səssizə alın və yaln;z hər saat başı ona baxın.
5. Evi məktəbə çevirməyin. Səhərdən axşama uşaqları onlayn dərslərlə yükləməyin. Onların da əylənmək, istirahət etmək və sizinlə daha çox vaxt keçirmək haqları var. Bu imkanı onların əlindən almayın. Mütləq fəaliyyət tiplərini dəyişin.
6. Xanımlar, məişət işlərində ailə üzvlərindən, xüsusilə yaşlılardan kömək istəyin. Onun özünün ağlına gəlməlidi, özü etməlidi deyə düşünməyin. Sizin onların köməyinə olan ehtiyacınız, özlərini faydalı hiss etmələrinə imkan verəcək. Bu isə ailədaxili münasibətləri möhkəmləndirən çox gözəl duyğudur.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
Həftənin ən çox oxunanları
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






