AZ

Cahangir Məmmədli: KİVDF-nin resursları yalnız BU sahəyə yönəlməlidir

1215e378a81aea76ca7638a7efe75219.jpg
29.03.2020 16:23

“Bu gün Azərbaycan həkimləri, polisləri, bir sıra vacib əhəmiyyətli idarə sisteminin işçiləri kimi jurnalistlərimiz də gücləndirilmiş iş şəraitində çalışmaqdadırlar. Xüsusilə telekanallarımızın informasiya proqramının reportyorları, qəzetlərimizin elektron versiyaları, bir sıra populyar saytlarımızın əməkdaşları koronavirusla bağlı ardıcıl və inadcıl şəkildə çox vacib maarifləndirmə fəaliyyəti göstərirlər”

 

TED.az xəbər verir ki, bunu Azərbaycanın tanınmış jurnalisti, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli deyib.

 

Professor çətin və riskli vəziyyətdə çalışan həkimlərə, polislərə və orduya minnətdarlığını bildirib: “Mən çətin və riskli vəziyyətdə çalışan həkimlərimizə, ayıq-sayıq polisimizə, düşmənə sipər olan ordumuza canı-dildən minnətdaram. Eləcə də, bu sahədə informasiya və maarifləndirməni şəraitə uyğun olaraq qat-qat gücləndirmiş, infodemiyanın qarşısını almış mətanətli, peşəkar və doğma jurnalistlərimizi də eyni sevgi ilə bağrıma basıram”.

 

“Ön cəbhədə olan jurnalistlərimizin əmək haqlarını mümkün qədər artırmağa nail olsunlar. KİVDF-nin resursları yalnız və yalnız bu sahəyə yönəlməlidir”, - deyə Cahangir Məmmədli bütün media qurumlarının rəhbərlərinə müraciət edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox