AZ

Koronavirusu yaradan 5G texnologiyasıdır? – İDDİA

37afa7117d85231f9e0534722be83596.jpg
29.03.2020 17:38

5G texnologiyasının koronavirus pandemiyasının ortaya çıxmasına səbəb olduğu iddia edilir. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bəziləri 5G vasitəsilə insan beyninin məsafədən idarə oluna biləcəyinə, hətta sözügedən texnologiyanın inkişaf etdirilməsində başlıca səbəbin bu olduğuna inanırlar. 


Əslində 5G texnologiyası cihazlarımızın internetə bağlanma sürətini dəfələrlə artmasına kömək edən texnoloji infrastrukturdur. Bəziləri isə düşünürlər ki, bu texnologiya etibarlı deyil. Kifayət qədər test edilməyib və müxtəlif pis işlərə alət olacaq. 


5G ilə bağlı ən əsas dəyişiklik yeni texnologiyada 30-300 GHz dalğa uzunluğuna sahib bağlantı imkanı yaranmasıdır. mmWave adlandırılan xüsusiyyətin yeni, daha zərərli radiasiya növü olduğu və dərimizin altına işləyib hüceyrələrimizi zəiflətdiyi, xərçəngə yol açdığını iddia edənlər var. 


Bəs əslində necədir? 


Həqiqətdə isə mmWave ənənəvi 3G və 4G-dən daha zəif siqnallar yayır. Dərimizin altındakı incə təbəqəni belə keçə bilməyən 5G gücləndirilmiş şüşəni, yaxud bina və digər maneələri aşa bilmir. Üstəlik, 5G o qədər də yeni texnologiya sayılmır. Çünki 2011-ci ildən bəri istifadə edilir.


Son olaraq Ümumdünya Səhiyyə Təşkilatı və müstəqil araşdırmaçılar pandemiyanın qaynağının heyvanlar olduğunu, məsələnin 5G ilə hansısa əlaqəsinin olmadığını bildiriblər.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox