AZ

WhatsApp story-lərində videoların müddəti qısaldılır – SƏBƏB

7d132508c29daccf313899cc78523f4a.jpg
29.03.2020 22:45

Dünyanın bir çox ölkəsində koronavirus pandemiyasından dolayı məsafədən iş metoduna keçildiyindən internet isitfadəsi artıb. Bu səbəbdən dolayı əksər platofrmalar bəzi addımlar atıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur mesajlaşma tətbiqi WhatsApp da hekayə (story) videoların vaxt limitinə yenidən baxmaq qərarına gəlib.


Belə ki, platforma rəsmiləri "story" videolarının müddətini qısaltmağa hazırlaşırlar. 


İlk mərhələdə Hindistanda tətbiq ediləcək bu qısaltma çərçivəsində "story" videoları 30 yox, 15 saniyə olacaq. 


Bu addımın bir müddət sonra əksər ölkələrdə də tətbiq ediləcəyi deyilir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox