AZ

İnnovasiyalar Agentliyi onlayn seminara dəvət edir

eaade39b49139793727b71ccf4ef0ba4.jpg
30.03.2020 16:20

Azərbaycan İnnovasiyalar Agentliyi ML/DL (machine learning and deep learning) ilə maraqlananları faydalı onlayn görüşə dəvət edir.

 

TED.az xəbər verir ki, onlayn görüşdə, spiker İsmayıl Əhmədli iştirakçılara ML və obyektlərin təyin olunması haqqında danışacaq. Tesla elektromobilin piyadaları yol hərəkət nişanlarından necə ayırdığı, belə bir sistem qurmaq istəsək, nələri bilməli və nədən başlamalı oduğumuz haqqında danışılacaq.Görüş zamanı əsasən bu mövzulara toxunulacaq:

 

-Perceptron  

 

-Multilayer Perceptron 

 

-FeedForward Networks 

 

-Convolutional Neural Networks 

 

-Image Classification and Object detection 

 

-Real Time Speed Estimation using Deep Learning 

 

İştirak üçün bu link vasitəsilə qeydiyyatdan keçmək kifayətdir.

 

 

Görüşdə iştirak ödənişsizdir. Onlayn görüşə link əldə etmək üçün qeydiyyatdan keçmək lazımdır. Vebinara daha yaxşı hazır olmaq üçün qeyd etdiyiniz elektron poçt ünvanınıza faydalı məlumatlar göndəriləcək. 

 

Qeyd edək ki, spiker İsmayıl Əhmədli Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) avtomatika mühəndisliyi ixtisasını bakalavr, İtaliyanın Bolonya Universitetinin avtomatika mühəndisliyi ixtisasını isə magistr pillələri üzrə bitirib.  Hazırda İtaliyanın Bolonya Universitetinin Avtomatika və Robotika laboratoriyasında tədqiqatçı kimi çalışır.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox