AZ

Təhsil Nazirliyindən yeni layihə: Virtual məktəb

8bdf1f0fbbcf3187d55e4a425e8b943e.png
31.03.2020 13:01

Təhsil Nazirliyi "Virtual məktəb" adlı yeni layihəsini təqdim edir.


TED.az xəbər verir ki, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.


Hər bir şagird “Virtual məktəb portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftə içi teledərslərdə tədris olunmuş mövzulara uyğun ev tapşırıqlarını yerinə yetirəcəklər.


“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.


Portalda qeydiyyat aprelin 2-dən başlayır.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox