AZ

Bu gündən xarici telekanalların yayımı pulsuz olacaq

71915ab642a2204e316038b81c30c961.jpg
01.04.2020 11:01

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verdi. Xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edildi.
 

TED.az xəbər verir ki, bu gündən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.
 

Məqsəd isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox