AZ

Apple məşhur tətbiqi satın aldı

54655fe2e132a2ad465e1b6361bc14bc.jpg
01.04.2020 18:20

Apple şirkətinin atdığı addım Android istifadəçilərinin hava haqqında məlumat almasını müəyyən qədər məhdudlaşdıracaq.

 

TED.az xəbər verir ki, buna səbəb Apple-nin Dark Sky adlı hava məlumatları tətbiqini satın almasıdır.

 

Bu barədə Dark Sky rəsmiləri bloq hesablarında məlumat veriblər.

 

Məlumatda Apple-ın köməyi ilə tətbiqin daha çox istifadəçiyə çatdırılacağı bildirilib.

 

Qeyd edilib ki, Dark Sky artıq Android istifadəçiləri üçün mövcud olmayacaq. Hazırda Dark Sky işlədən Android istifadəçiləri isə bu tətbiqdən iyulun 1-nə qədər yararlana biləcəklər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox