AZ

Skype-da virusa görə bu addım atıldı

18a6101faa70a6c3788302aa36f11ec2.jpg
02.04.2020 10:13

Koronavirusa yoluxma hallarının qarşısını almaq üçün karantin  elan olunması görüntülü zəng funksiyası daşıyan platformaları əhatə dairələrini genişləndirməyə məcbur edib. Skype də bir sıra yeniliklər tətbiq edəcəyini açıqlayıb.

 

TED.az xəbər verir ki, Skype rəsmiləri açıqlamalarında pandemiyadan sonra istifadəçi sayının 40 milyona çatdığını bildiriblər. Onların sözlərinə görə, bu, Skype istifadəçilərinin sayında ay ərzində 70% artım deməkdir. Danışıq dəqiqələrinin də artdığı bildirilir. Skype Meet Now adlı yeniliyini də tətbiq edib. Yeniliyə görə, izləyicilər qeydiyyatdan keçmədən də Skype istifadə edə bilərlər.

 

Xatırladaq ki, Microsoft şirkəti Skype-ı 2011-ci ildə 8,5 milyard dollara satın alıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox